Səbail gənclərinin bayram görüşü

2 fevral Azərbaycan Gəncləri Günü ilə bağlı Səbail rayonunda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Silsilə tədbirlərin yekunu kimi Səbail Rayon İcra Hakimiyyətində istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclərin görüşü olmuşdur.
Təntənəli mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Ümummilli lider Heydər Əliyev də belə qüvvə yaratmaq arzusu ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı.
1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi. Həmin gün Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı. 1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gənclərlə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Görüşdə bildirildi ki, bu bayram gənclərə ulu öndərimizin hədiyyəsi və gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmışdır. Dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər Günü elan edilmişdir.
Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 avqust 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan Gəncliyi Dövlət Proqramını (2005-2009-cu illər)" təsdiq etdi. 2007-ci ilin "Gənclər ili" elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu.
Səbail rayon əhalisinin 21483 nəfərini, başqa sözlə, 21,3 faizini gənclər təşkil edir. Keçən müddət ərzində rayon gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsi təmin edilmişdir. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlər ölkə başçısı İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. A.Əsgərov rayon gənclərinin uğurlarından da söz açdı və onlara işlərində müvəffəqiyyətlər arzuladı.
Görüşdə çıxış edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və digər gənclər Azərbaycan gəncliyinin Vətənə məhəbbət ruhunda, elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında