AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi aprel sessiyasından etibarən fəal işə başlayacaqdır

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılmış alt komitənin fəaliyyəti bərpa olunmuşdur. AŞPA-nın aprel sessiyasından etibarən Alt Komitə fəal işə başlayacaqdır.
Bunu AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov demişdir.
S.Səmədov bildirmişdir ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsi 2005-ci ildə yaradılmış və cəmi 2 il fəaliyyət göstərmişdir. Qurumun sədri dünyasını dəyişəndən sonra ermənilər alt komitənin işinin bərpa olunmasının əleyhinə çıxırdılar. Lakin Azərbaycan nümayəndə heyətinin və digər demokratik qüvvələrin səyi nəticəsində AŞPA-nın qış sessiyasında komitənin fəaliyyəti bərpa olunmuşdur. Sessiya zamanı qurumun bürosunun, sədrinin və sədr müavinlərinin iclaslarında Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin bərpası müzakirə olunmuş, ispaniyalı deputat Jordi Ksukla i Kosta onun sədri təyin edilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında