Azərbaycanın ən istedadlı gəncləri ötən ilin yekunlarına görə mükafatlandırılmışlar

Ötən ilin yekunlarına görə müxtəlif sahələrdə nailiyyətlər qazanmış Azərbaycanın yaradıcı və istedadlı gəncləri fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mükafatlandırılmışlar.
2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə 2010-cu ildə beynəlxalq və yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda fərqlənənlərə "Gənclər mükafatı" təqdim olunmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir ki, gənclər sahəsində görülən tədbirlərin həm kəmiyyəti, həm də keyfiyyəti ilbəil artmaqdadır. Ümumiyyətlə, gənclərin Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsinə ötən ildə də xüsusi diqqət yetirilmişdir. Nazir Azərbaycan dövlətinin ölkəmizin sabahını düşündüyünə görə bu gün gənclərə qayğı göstərdiyini söyləyərək, 2011-ci ildə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə və yeni istedadların aşkar olunacağına əminliyini bildirmişdir.
Konsertlə müşayiət olunan mərasimdə 22 istedadlı gənc mükafatlandırılmışdır. Mükafatları gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və təhsil nazirinin müavini Elmar Qasımov təqdim etmişlər.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və idmançılar iştirak etmişlər.
Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan "Gənclər mükafatı" hər il 2 fevral - Gənclər Günü münasibətilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, habelə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmiş yaradıcı gənclərə verilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında