Dövlət Sərhəd Xidmətinin əməkdaşları qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizəni davam etdirirlər

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.
Yanvar ayı ərzində dövlət sərhədinin pozulması üzrə 44 fakt qeydə alınmış, 85 nəfər saxlanılmışdır. Sərhəd rejimi qaydalarını pozduğuna görə 87 nəfər barəsində müvafiq tədbirlər görülmüşdür.
Qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər çərçivəsində yanvarın 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "Tehran-Bakı" aviareysində 9 Əfqanıstan vətəndaşı saxta Böyük Britaniya pasportları ilə saxlanılmışdır. Yanvarın 22-də isə Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində dövlət sərhədini pozmağa cəhd göstərərkən 5 Banqladeş vətəndaşı saxlanmışdır.
Axtarışda olan 79 nəfər tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 62 kiloqram 422,9 qram narkotik maddə, 45 kiloqram 5 qram həşiş, 13 kiloqram 60 qram tiryək, 4 kiloqram 362,4 qram heroin aşkar edilərək götürülmüşdür. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduqlarına görə Cəlilabad rayon sakinləri Xudiyev Mirələm Muxtar oğlu, Əliyev Mais Naib oğlu və Beyləqan rayon sakinləri Ələkbərov Ceyhun Akif oğlu, Ələkbərov Babək Akif oğlu, Mahmudov Ruhi Mirzə oğlu barədə həbs qətimkan tədbiri seçilmiş, istintaq aparılır.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində ümumi dəyəri təqribən 486 min 885 manat olan qaçaqmal, o cümlədən 1 ov tüfəngi, 16 ədəd 16 millimetrlik patron, 8 ədəd 16 millimetrlik giliz, 10,2 kiloqram barıt, 236 alışdırıcı, 750 tir tüfənginin pistonu, tir tüfəngi üçün 1 optik nişangah, 886 pirotexnik vasitə, 300603 ABŞ dolları, 1653 manat Azərbaycan pulu, 1 qayıq, 38,575 metr tor, 448,7 kiloqram müxtəlif növ balıq, çoxsaylı mobil telefon və aksessuarları, müxtəlif adda spirtli içkilər, siqaretlər, digər sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında