Naxçıvanda yeni badam bağı salınıb

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur. Hər il ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır. Badamçılıq da Naxçıvanda qədim meyvəçilik sahələrindəndir. İqlim şəraiti və torpaq xüsusiyyətləri muxtar respublikada badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalının artırılmasına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirilib ki, noyabrın 4-də muxtar respublikada növbəti iməcilik keçirilib, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında - Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri badam bağı salınan ərazidə keçirilən iməcilikdə iştirak ediblər.

Badam bağının sahəsi 6 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. İməcilik iştirakçıları ərazidə 3 mindən artıq yerli badam tingi əkiblər. Ötən il ərazidə qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi badam bağının dayanıqlı su təminatına da imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payız iməcilikləri dövründə yeni meyvə bağlarının salınması barədə tapşırıqlar verib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında