Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci və 297.0.4-cü maddələrinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2010-cu il 20 oktyabr tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini, mütəxəssisin çıxışını dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin "böyük ictimai təhlükə törətməyən aşkar cinayət" müddəası həmin məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birinin ilkin dəlillərin (sübutların) məcmusu əsasında məhz konkret şəxs tərəfindən aşkar şəraitdə törədilməsi kimi başa düşülməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 297.0.4-cü maddəsinin "cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs" müddəası məhkəməyədək sadələşdirilmiş icraat çərçivəsində həmin məcəllənin 214.4-cü maddəsində göstərilən cinayətlərdən hər hansı birini törətmiş təqsirləndirilən şəxsi nəzərdə tutur.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında