Şahmat üzrə Azərbaycan çempionatının qaliblərinə mükafatlar təqdim edildi

{nl}

Fevralın 1-də kişi və qadınlar arasında şahmat üzrə 21-ci Azərbaycan çempionatları qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Mərkəzi Bankın inzibati binasında keçirilən tədbirdə idmançılara mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov təqdim etmişdir.
E.Rüstəmov ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafında dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışdır.
Xatırladaq ki, qaliblər dairəvi sistem üzrə 12 şahmatçının gərgin mübarizəsi şəraitində müəyyənləşmişdir. Qadınların yarışmasında 1-ci yerə 8,5 xal toplayan beynəlxalq qrossmeyster Türkan Məmmədyarova layiq görülmüşdür. Zeynəb Məmmədyarova ikinci, Gülnar Məmmədova isə 3-cü olmuşdur. Kişilər arasında ən yüksək pilləni 8 xalla beynəlxalq qrossmeyster Nicat Məmmədov tutmuşdur. Sonrakı yerlərdə Rüfət Bağırov və Qədir Hüseynov qərarlaşmışlar. Hər iki çempionatın ümumi mükafat fondu 10 min manat təşkil etmişdir.
Mükafatlandırma mərasimində çıxış edən Türkan Məmmədyarova bildirmişdir ki, qadın şahmatçılarımız son zamanlar gücləniblər və gələcəkdə bu, komanda hesabındakı nəticələrdə özünü göstərəcəkdir. İnanıram ki, bu il keçiriləcək Avropa çempionatından biz Vətənə medallarla dönəcəyik.
Nicat Məmmədov isə öz çıxışında ölkə çempionatının son turlarının gərgin mübarizə şəraitində keçdiyini vurğulamış, qələbələrini davam etdirəcəyinə söz vermişdir.

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında