Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iclası keçiriləcəkdir

Fevralın 2-də Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcəkdir.
Yunanıstanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, iclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) qaz kəməri layihəsi ilə bağlı müzakirələr aparılacaqdır. Bundan əlavə, İTGİ layihəsinin həyata keçirilməsinə imkan verəcək "Şahdəniz-2" yatağı qazının paylanması məsələsi ətrafında da fikir mübadiləsi aparılacaqdır.
İclasda iştirak etmək üçün Yunanıstanın xarici işlər nazirinin müavini, komissiyanın həmsədri Spiros Kuvelisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcəkdir.
Fevralın 3-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulmuşdur.
Yunanıstanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumatda qeyd olunur ki, rəsmi Afina Azərbaycanın inşaat, səhiyyə, infrastruktur, dəniz donanması və rabitə sahələrinə maraq göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında