Azərbaycanda siyasi məhbus yoxdur

{nl}

Azərbaycanda siyasi məhbus yoxdur. Konkret əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər vardır. Avropanın və Asiyanın heç bir ölkəsinin hüquqi sənədlərində və Cinayət Məcəlləsində siyasi məhbus anlayışı yoxdur. Əgər olsaydı, Avropa Şurası hansısa bir sənədinə və ya konvensiyasına siyasi məhbus müddəasını əlavə edərdi.
Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin fevralın 1-də keçirilmiş ilk iclasında demişdir.
O bildirmişdir ki, buna baxmayaraq hələ də bəzi qüvvələr bu mövzu ilə Azərbaycanı ittiham etməkdə davam edirlər. Azərbaycanda aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bizdə siyasi məhbusların olmadığını beynəlxalq təşkilatlar öz sənədlərinə qəsdən salmırlar. Onlar bu vasitə ilə ölkəmizin daxili işlərinə qarışmaq istəyirlər.
Milli Məclis sədrinin birinci müavini Avropa Şurasında Yaxın Şərqdə xristianların öldürülməsinə dair müzakirələri də tənqid etmişdir. O demişdir ki, Azərbaycanda bir milyon müsəlman ev-eşiyindən didərgin düşmüşdür. Avropa isə bu məsələni qaldırmır. Dünyanın hər yerində insanlar eyni hüquqa malikdirlər, bunu da hamı bilməlidir.

{nl}


AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında