"İrəli" Gənclər Mərkəzi açılmışdır

Fevralın 1-də "İrəli" Gənclər Mərkəzi açılmışdır.Rəmzi açılışı bildirən lenti gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və "İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı kəsmişlər.
Açılış mərasimindən sonra qonaqlar mərkəzlə tanış olmuş, birliyin sədri mərkəz barədə ətraflı məlumat vermiş, yaradılmış şəraitdən danışmış və gələcəkdə görüləcək işlərdən söz açmışdır.
Azad Rəhimov və Elnur Aslanov "İrəli Radio"nun qonağı olmuşlar. Canlı yayımla birliyin üzvlərini Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışlar. C.Osmanlı mərkəzin yaradılmasına göstərdiyi köməyə görə Gənclər və İdman Nazirliyinə, "Atəşgah Sığorta" və "hp" şirkətlərinə təşəkkürünü bildirmişdir. Məlumat verilmişdir ki, mərkəz 1000 kvadratmetr ərazini əhatə edir, lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Burada gənclərin təlim keçməsi üçün hər cür şərait yaradılmışdır.
Nazir A.Rəhimov "İrəli"nin keçirdiyi tədbirləri yüksək qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun həmişə gənclərə dəstək olduğunu və Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini demişdir. Nazir vurğulamışdır ki, birliyin təşkil etdiyi layihələr maraqlı və gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. İstərdim ki, "İrəli" kompyuter biliklərinin artırılması, məşğulluq və beynəlxalq əlaqələrin qurulması istiqamətində layihələri reallaşdırsın. Ölkəmizdə düşərgələr yaradılsın, Azərbaycana xarici ölkə gəncləri dəvət olunsun və onlarla tariximiz, zəngin mədəniyyətimiz barədə fikir mübadiləsi aparılsın. Nazirlik tərəfindən gənclərin vətənpərvərlik ruhunda formalaşması üçün bir çox layihələr icra edilmişdir. Buna misal olaraq "Cəsurlar" və "Şahinlər" hərbi idman oyunlarının təşkil olunmasını misal göstərmək olar.
A.Rəhimov qeyd etmişdir ki, hazırda 200-dən çox gənclər təşkilatı qeydiyyatdan keçmişdir. 2009-2010-cu illərdə nazirlik tərəfindən gənclər sahəsində 132 layihə həyata keçirilmiş və buna 2 milyon manat vəsait sərf olunmuşdur. Ölkəmizdə gəncləri bir araya toplayan bir neçə təşkilat vardır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər Təşkilatları Milli Şurası bu qəbildəndir. Onlar öz sıralarında böyük bir gənclər ordusunu birləşdirir və burada yüksək imkanları olan gənclər yetişir. Həmin təşkilatlara üzv olan gənclərin Azərbaycanın gələcəyində mühüm nailiyyətlər qazanacaqlarına əminəm.
Elnur Aslanov qeyd etmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlətin diqqət mərkəzindədir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradıldığı gündən indiyədək formalaşan gənclər təşkilatları və onların sayının artması göstərir ki, dövlət gənclərin inkişafına həmişə qayğı göstərir. Son illər ölkəmizdə həyata keçirilən siyasət "qara qızıl"ın intellektual qızıla çevrilməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi prioritet istiqamət ondan ibarətdir ki, bu gün formalaşan yeni nəsil gənclərin intellektual və yaradıcı gənclərə çevrilməsi üçün 5 min həmyerlimiz Avropa, Asiya ölkələrində və Amerikada təhsillərini davam etdirir. Əsas məqsədimiz ölkəmizdə yeni intellektual məkanın yaranması üçün yeni gənclər formalaşdırmaqdır. Xaricdə təhsil alan gənclərimiz Azərbaycana qayıtdıqdan sonra öz biliklərini ətrafındakı insanlarla bölüşdükdə onların bacarıqları daha geniş bir təbəqəyə yayılacaqdır. Bu da Azərbaycanda "qara qızıl"ın intellektual qızıla çevrilməsi, yeni insan kapitalı yaranması üçün zəmin yaradır.
Yeni gənclər mərkəzi kitabxana, təlim mərkəzləri, "İrəli Radio", "İrəli Prodakşın", katiblik, tədqiqatlar və inkişaf mərkəzi, xeyiriyyə klubu, zal və yeməkxanadan ibarətdir.{nl}

 

{nl}


Şahmat üzrə Azərbaycan çempionatının qaliblərinə mükafatlar təqdim edildi
Fevralın 1-də kişi və qadınlar arasında şahmat üzrə 21-ci Azərbaycan çempionatları qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Mərkəzi Bankın inzibati binasında keçirilən tədbirdə idmançılara mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov təqdim etmişdir.
E.Rüstəmov ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafında dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışdır.
Xatırladaq ki, qaliblər dairəvi sistem üzrə 12 şahmatçının gərgin mübarizəsi şəraitində müəyyənləşmişdir. Qadınların yarışmasında 1-ci yerə 8,5 xal toplayan beynəlxalq qrossmeyster Türkan Məmmədyarova layiq görülmüşdür. Zeynəb Məmmədyarova ikinci, Gülnar Məmmədova isə 3-cü olmuşdur. Kişilər arasında ən yüksək pilləni 8 xalla beynəlxalq qrossmeyster Nicat Məmmədov tutmuşdur. Sonrakı yerlərdə Rüfət Bağırov və Qədir Hüseynov qərarlaşmışlar. Hər iki çempionatın ümumi mükafat fondu 10 min manat təşkil etmişdir.
Mükafatlandırma mərasimində çıxış edən Türkan Məmmədyarova bildirmişdir ki, qadın şahmatçılarımız son zamanlar gücləniblər və gələcəkdə bu, komanda hesabındakı nəticələrdə özünü göstərəcəkdir. İnanıram ki, bu il keçiriləcək Avropa çempionatından biz Vətənə medallarla dönəcəyik.
Nicat Məmmədov isə öz çıxışında ölkə çempionatının son turlarının gərgin mübarizə şəraitində keçdiyini vurğulamış, qələbələrini davam etdirəcəyinə söz vermişdir.

{nl}


Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt fevralın 1-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Ali Məhkəmədən bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Monitorinq Komitəsinin həmməruzəçiləri səfərin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşmüşlər.
R.Rzayev həmməruzəçilərin suallarını cavablandırmışdır.

{nl}


AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında