Ağstafada üç şəhid ailəsi üçün xurma bağı salındı

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə oktyabrın 27-də Ağstafa rayonunda 2 hektar sahədə üç şəhid ailəsi üçün meyvə bağları salınmışdır. Poylu kəndində keçirilən tədbirdə rayon rəhbərliyi, IDEA İctimai Birliyinin ekologiya və təbii sərvətlər nazirliyinin məsul işçiləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bildirmişdir ki, ölkəmizin bütün sahələrində olduğu kimi, ekologiya sahəsində də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasət öz bəhrəsini verməkdədir. Bu gün də müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələdir. Ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, yaşıllıq zolaqlarını genişləndirilməsi istiqamətində zəruri addımlar atılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş IDEA İctimai Birliyinin Ağstafada keçirdiyi bu əlamətdar tədbirə görə bütün ağstafalılar minnətdardılar. İctimai birliyin məqsədi ətraf mühit məsələləri barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq,  təhsil və onlar üçün düzgün çıxış yolları tapmaqdan ibarətdir.

Sonra  M.Quliyev IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2 hektar ərazidə salınan xurma bağının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş üç şəhid ailəsinə verilməsi barədə Ağstafa RİH başçısının müvafiq sərəncamlarını təqdim etdi. Beləliklə, xurma bağı 3 yerə bölünərək 1993-cü ildə Ağdam döyüşlərində şəhid olmuş Əliyev Sirac Şöhrət oğlunun, 1993-cü ildə Ağdam döyüşlərində şəhid olmuş Həsənov Nəriman Məhəmməd oğlunun və 1994-cü ildə Murov döyüşlərində şəhid olmuş Bayramov Akif Rahid oğlunun ailələrinin istifadəsinə verildi.

Daha sonra rayon rəhbərliyi və gənclərin iştirakı ilə 1000 ədəd xurma ağacı əkildi.

Şəhid ailələrinin üzvləri onlara hər zaman göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə etdilər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında