Yeni Günəşli qəsəbəsində baş vermiş cinayət işi üzrə istintaq davam etdirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 30-da saat 1.00 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi 50 v saylı evin 10-cu mənzilində, həmin mənzildə yaşamış 1952-ci il təvəllüdlü Mehdiyeva Lətifə Ziyadin qızının, Qaradağ rayonunun Qobustan qəsəbəsi, 4-cü massiv 30 a saylı ünvanda yaşamış 1989-cu il təvəllüdlü Sultanova Aysel Rövşən qızı və 1995-ci il təvəllüdlü Sultanov Elçin Rövşən oğlunun üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunmuşdur.
Bakı Şəhər Prokurorluğu, Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmiş, meyitlərin xarici müayinələri aparılmış, hadisə yerindən üzərində qan ləkələri olan balta maddi sübut kimi götürülmüşdür. Şahidlərin dairəsi müəyyənləşdirilərək ifadələri alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Baxış zamanı mənzildə ev əşyalarının dağılması və ya qarət əlamətləri müşahidə edilməmişdir.
İlkin istintaqla müəyyən edilmişdir ki, qeyd edilən ünvanda Lətifə Mehdiyeva həyat yoldaşı Yusif Mehdiyevlə birlikdə yaşamış, Aysel və Elçin Sultanovlar isə Lətifə Mehdiyevanın bacısı uşaqlarıdırlar, yanvarın 28-də onlara qonaq gəlmişlər.
Hadisədən sonra Yusif Mehdiyev mənzili tərk etmiş, lakin həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində o, Salyan rayonunun Xalac qəsəbəsində əmisi oğlu Mehdiyev Elşən Yəhya oğlunun evində yaxalanmışdır. Yusif Mehdiyev törətdiyi cinayət əməlini etiraf etməklə cinayəti törədərkən əynində olmuş paltarları çantaya qoyaraq Xalac kəndinin yaxınlığından keçən su kanalının kənarına atdığını bildirmişdir. Həmin əraziyə Yusif Mehdiyev və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, həmin çantanın içərisində üzərində qan ləkələri olan Yusif Mehdiyevə məxsus paltarlar aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış və Yusif Mehdiyev cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır.
Hazırda iş üzrə istintaq Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında