Cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun nəzarətinə götürülmüşdür

Gədəbəy rayonunun Zamanlı kənd sakini Hüseynov Ədalət Kazım oğlunun fərdi evində baş vermiş yanğın faktı ilə bağlı yanvarın 28-də Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, ötən il yanvarın 20-də saat 16 radələrində Gədəbəy rayonunun Zamanlı kəndində əvvəllər qanunsuz ağac kəsməsi ilə bağlı Ədalət Hüseynovun barəsində Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq tamamlanaraq bu il yanvarın 11-də baxılması üçün rayon məhkəməsinə göndərilmişdir.
Ədalət Hüseynova məxsus yaşayış evində baş vermiş yanğın nəticəsində o özü, arvadı Hökümə Hüseynova və azyaşlı oğulları - Tural və Tapdıq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gədəbəy, sonra Şəmkir rayon mərkəzi xəstəxanalarına, daha sonra isə Bakı şəhəri 5 saylı xəstəxanaya yerləşdirilmişlər.
Ə.Hüseynov yanvarın 22-də aldığı yanıq xəsarətlərindən xəstəxanada ölmüş, Hökümə Hüseynova və oğulları isə hazırda qeyd edilən xəstəxanada müalicə olunurlar.
Rayon prokurorluğunda aparılan ilkin araşdırma zamanı yanıq xəsarətləri almış Hökümə Hüseynova və oğlu Tural yanğının baş verməsinin səbəb və şəraiti barədə ziddiyyətli izahatlar vermişlər.
Belə ki, onlar izahatlarında bir halda yanğının Ədalət Hüseynov tərəfindən qəsdən, digər halda isə odun sobasını yandırarkən ehtiyatsızlıqdan baş verdiyini bildirmişlər.
Yanğın faktı üzrə toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq davam etdirilir. Cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında