Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq etmişdir

Nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda yanvarın sonlarından başlayaraq Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlərin və iğtişaşların başlandığı qeyd olunmuşdur. Bildirilir ki, kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. Misir hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmiş, saat 16:00-dan 8:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulmuşdur.
Bunları nəzərə alaraq MƏR-ə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına yuxarıda qeyd edilənləri nəzərə almaları, ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları məsləhət görülür. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər zərurət olmadıqda təxirə salınmalıdır.
Müraciətdə, həmçinin MƏR-də daimi, müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Qahirədəki səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycanın Misirdəki səfirliyinin ünvanı belədir: Qahirə şəhəri, 11431 Maadi Sarayat, 10-cu küçə, Villa 16/24
Tel: (202) 2358-37-90 / 83 / 61
Fax: (202) 3583725
E-mail: [email protected]{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında