Prezident İlham Əliyevin tapşırığına əsasən Qahirəyə göndərilmiş xüsusi təyyarə 103 azərbaycanlını Vətənə gətirmişdir

Misir Ərəb Respublikasında baş verən hadisələrlə əlaqədar bu ölkədə müvəqqəti və daimi əsaslarda olan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün Misirdən evakuasiya edilməsinə dair Prezident İlham Əliyevin tapşırığına əsasən yanvarın 30-da Qahirəyə göndərilmiş xüsusi təyyarə yanvarın 31-də saat 4.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enmişdir.
Misirdən 103 azərbaycanlı evakuasiya edilmişdir ki, onlardan 23-ü uşaq, 80 nəfər isə yaşlılardır. Evakuasiya olunanlar arasında iki Rusiya vətəndaşı olan azərbaycanlı da vardır.
Gələnlər arasında yalnız könüllü olaraq Misiri tərk edən Azərbaycan vətəndaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən səfirliyin bir qrup əməkdaşı olmuşdur.
Onlar Misirdə baş verənlərin insanların həyatları üçün təhlükə yaratdığını, ölkədə qarət hallarının, ərzaq və çörək qıtlığının baş verdiyini bildirmişlər.
Qeyd edək ki, Qahirədəki iğtişaşlar zamanı həlak olmuş Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayevin cənazəsi də bu təyyarə ilə gətirilmişdir. O, yanvarın 29-da axşam işdən evə qayıdarkən aldığı güllə yarasından həlak olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında