Milli Məclisin yaz sessiyası öz işinə başlayacaqdır

Fevralın 1-də dördüncü çağırış Milli Məclisin yaz sessiyası öz işinə başlayacaqdır.
İclasda Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaları yenidən təşkil ediləcəkdir.
Bununla yanaşı, "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin birgə Bəyanatının təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə", "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" qanunlara baxılacaq, Azərbaycan Respublikası Hökuməti ilə İtaliya, Monteneqro və Portuqaliya hökumətləri arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğvi müzakirə olunacaqdır.
Sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Dövlət qulluğu haqqında" Qanuna dəyişikliklərin və əlavələrin edilməsi barədə və "İcbari sığortalar haqqında" qanun layihələri də daxildir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında