"Dövlət və din" ictimai fikir toplusunun yeni sayı çapdan çıxmışdır

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və din" ictimai fikir toplusunun 2010-cu ildə 2-ci sayı işıq üzü görmüşdür.
Toplunun "Rəsmi guşə"si Azərbaycan Prezidenti İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki ilə açılır. Bölmədə dövlətimizin başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına, habelə Pasxa bayramı münasibətilə pravoslav xristian icmasına təbrikləri də yer almışdır.
Əsrlər boyu Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin 18-ci ildönümü ölkəmizdə geniş şəkildə yad edilmişdir. "Rəsmi guşə"də Prezident İlham Əliyevin faciə qurbanlarının xatirəsini anma mərasimində iştirakı geniş işıqlandırılmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də anılmışdır.
"Rəsmi guşə"də, həmçinin "Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında Təlimat"ın mətni də oxucuların diqqətinə çatdırılmışdır.
"Azərbaycan gerçəkliyi" rubrikasında "Naxçıvanda elmin inkişafı: tarixi ənənələr və müasirlik", "Azərbaycanın qədim sakinlərinin dini dünyagörüşündə astral inamlarla bağlı dəfn adətləri", "Orta əsrlərdə Azərbaycanda Xilafətin tətbiq etdiyi inzibati siyasət" və "Sovetlər dövründə Azərbaycanda müqəddəs məkanlar" yazıları verilmişdir.
Oxucular "Cəmiyyət və din" adlı ikinci bölmədə "Nəsirəddin Tusinin təkamül görüşlərinin dini-fəlsəfi əsasları", "Hatifi İsfahani Ordubadi yaradıcılığında İslam fəlsəfəsi", "Dövlət idarəçilik sistemində mənəvi mədəniyyətin rolu", "İslamda "ortodoksiya" və "bidət" probleminə dair", "Novruz - türkün "yeni gün" bayramı", "Dini cinayətlər" və s. yazılarla tanış ola bilərlər.
Ənənəvi "Tarixə pəncərə" bölməsində dünya və Azərbaycan tarixi ilə bağlı maraqlı məsələlərə toxunulmuşdur. Bu mənada Aydın Əlizadənin "İsa Məsih kim olub? Tarixi sənədlər və dini mətnlərdən çıxarılan nəticələr", Ruhəngiz Kərimlinin "Urartu, Manna və Assuriya münasibətləri" və Tural Əliyevin "I Pyotrun "Vəsiyyətnamə"sində dini məsələlərə münasibət" yazıları oxucular tərəfindən maraqla qarşılanacaqdır.
Toplunun "İslam həqiqətləri" rubrikası ilə Mübariz Camalovun "İslamda halal qazanc", Vasif Sadıqlının "Quranda zaman anlayışı" və s. məqalələr dərc edilmişdir.
"Əsrlər, şəxsiyyətlər" bölməsində müəllif Nailə Süleymanova bu dəfə "Nuxəvinin təcvidə dair əlyazmaları" mövzusunda araşdırma aparmış, Səbuhi İbrahimov isə Məhəmməd ibn Hinduşah Naxçıvaninin yaradıcılığı barədə məlumat vermişdir. Toplunun bu guşəsində oxunaqlı yazılardan biri də Nahid Məmmədovun hazırladığı "Əhməd ibn Hənbəli"dir.
Toplunun daha bir maraqlı ənənəvi "Dinlər, təriqətlər, cərəyanlar və təlimlər" rubrikasında Abutalıb Məmmədovun "Vəhhabiliyin problemlərinin dində ifratçılıqla bağlılığı", Ceyhun Məmmədovun "İslamda məzhəblərin yaranması", Elnarə Kərimovanın "Səmavi dinlərdə axirət inancı" və s. yazılar yer almışdır.
"Abidələr" bölməsində Yalçın Abdullayevin Azərbaycanda İslam memarlığı, Cahandar Əlifzadənin isə Atəşgah məbədi barədə populyar məlumatlı yazıları verilmişdir. Bu rubrikada, həmçinin Bədircahan Əmrullah qızının "Balakən və Zaqatala abidələri", Şəhriyar İsmiyevin "İordaniya - Petra şəhəri" və Fəxrəddin Səfərlinin "Müsəlman kitabələrində mənzum parçalar" adlı məqalələr dərc edilmişdir.
2010-cu il mart ayının 22-də Ər-Riyadda "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilmişdir. Oxucular bu barədə geniş məlumatı toplunun "Tədbirlər, məlumatlar" bölməsindən ala bilərlər.
"Dövlət və din"in bu sayında da ənənəvi olaraq dini terminlərin izahlı lüğətinin davamı dərc olunmuşdur.
Toplunun sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini icmaların siyahısı verilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında