Türkiyədə “Turizm və mədəni miras” adlı beynəlxalq tədbir keçirilib

 Qardaş Türkiyənin Muğla Sıtkı Koçman Universitetində dünyanın bir sıra ölkələrinin təmsilçilərinin iştirak etdiyi Beynəlxalq Konqres öz işini uğurla başa vurub. Tədbirdə, həmçinin AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti üzvlərindən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Flora Ələsgərova da iştirak edib.

Qeyd edək ki, beynəlxalq tədbirin gündəliyindəki Azərbaycan-Türkiyə: ortaq tarix, iqtisadi, sosial və mədəniyyət sahələri çərçivəsində ikitərəfli əlaqələrin inkişaf dinamikası və perspektivlərinə dair məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələrdəki qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektlərinə nəzərən detallı faktlar üzərində də geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri bölmə, eyni zamanda, müvafiq tədqiqat sahələrinin müzakirəsinə həsr olunan iclaslara sədrlik ediblər. ATMU “Turizm və qonaqpərvərlik” fakültəsinin dekan müavininin bildirdiyinə görə konqresdə turizm, mədəni irs, milli mətbəx və s. bölmələrin fəaliyyəti daha işgüzar olub. Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldığı tədbirdə türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət-ənənələrlə bağlı elmi məruzələr dinlənilib.

Beynəlxalq tədbirin təkliflər paketində Azərbaycanda turizm potensialının güclü olmasına rəğmən qeyd edilən sahələr üzrə ixtisasların daha geniş təbliği və inkişafının təmin olunması əksini tapıb. Diqqətə çatdırmaq lazımdır ki, ATMU-nun təmsilçisi, dosent F. Ələsgərovanın konfransda iştirak fəallığı təşkilatçı qurum tərəfindən qənaətbəxş qiymətləndirilib.

Tədbirdə gələcəkdə müştərək beynəlxalq konfrans və simpoziumların keçirilməsi, əməkdaşlıq müqaviləsi bağlanan universitetlərlə müəllim mübadiləsinə xüsusi önəm verilməsi və s. ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Muğla Sıtkı Koçman Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi 2012-ci ildə imzalanıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında