Almaniyada Türk-Azərbaycan Birliyi yaradılmışdır

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təsis iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Bundestaqın sabiq üzvü Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəddin Kaya, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, türk və Azərbaycan diasporunun çoxlu sayda üzvləri iştirak etmişlər.
Birliyin yaradılmasının əsas məqsədi Almaniyadakı Azərbaycan diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmləndirilməsi, hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.
Toplantıda Birliyin Nizamnaməsi müzakirə edilmiş, idarəetmə orqanları, sədri və İdarə Heyəti seçilmişdir.
Bundestaqın sabiq üzvü Haqqı Kəskin Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Kaya sədrin müavinləri seçilmişlər.

{nl}


Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında