Macarıstan-Azərbaycan Cəmiyyətində Azərbaycan səfirliyinin əməkdaşları ilə görüş olmuşdur

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti (MADC) yanvarın 27-də Budapeştdəki "Millətlər evi"ndə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları ilə görüş təşkil etmişdir.
Cəmiyyətin sədri Svetlana Abdullayeva qurumun üzvlərini təqdim edərək bildirmişdir ki, 1994-cü ildən fəaliyyət göstərən MADC Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoymuşdur.
Tədbirdə çıxış edən qurumun üzvləri təşkilata nə zaman və hansı məqsədlə üzv olmalarından, bu müddət ərzində Azərbaycan barədə təsəvvürlərinin nə dərəcədə genişlənməsindən və Macarıstanda ölkəmizə marağın durmadan artmasından söz açmışlar. Cəmiyyətin təşkil etdiyi müxtəlif tədbirlərə, onun fəaliyyət sahəsinə, habelə ölkələrimizin və mədəniyyətlərimizin qarşılıqlı yaxınlaşmasına maraq göstərən çoxsaylı insanlar arasında ayrı-ayrı peşə sahibləri vardır. Cəmiyyətin üzvləri Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirlər.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirmişdir ki, cəmiyyətin fəaliyyətinə yaxşı bələddir, xalqlarımızın bir-birini yaxından tanımaları məqsədi daşıyan ümumi işə qurumun hər bir üzvünün şəxsi töhfəsini yüksək qiymətləndirir. Sevindirici haldır ki, cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Azərbaycanı sevən bu insanlar ölkəmizlə bağlı səmimi hisslərini bundan sonra da dostlarına, həmkarlarına və ailə üzvlərinə aşılayacaqlar.
V.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən il macar dilində çapdan çıxmış üçcildlik topludan söz açaraq bildirmişdir ki, nəşrdə Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş və gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer almışdır. Bu qəbildən maraqlı layihələr gələcəkdə də həyata keçiriləcəkdir.
V.Quliyev tədbirdə iştirak edənlərə, Azərbaycan və macar xalqlarına uğurlar və tərəqqi arzulamışdır.

{nl}


Pərvanə QARAYEVA AzərTAc-ın xüsusi müxbiri
Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında