Argentinanın nüfuzlu "Ambito Financiero" qəzetində Azərbaycan haqqında məqalə dərc olunmuşdur

Yanvarın 28-də Argentinanın nüfuzlu iqtisadiyyat-biznes qəzeti olan "Ambito Financiero"da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin "Azərbaycan iqtisadi inkişaf və sosial çiçəklənmə modeli" adlı məqaləsi dərc olunmuşdur.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, məqalədə Azərbaycan iqtisadiyyatının 2010-cu ilin yekunları üzrə vəziyyəti təhlil olunmuş, iqtisadiyyatın müxtəlif sektorlarında əldə edilmiş nailiyyətlər, qoyulan sərmayələrin həcmi və istiqamətləri, xarici ticarət dövriyyəsinin artımı, müasir texnologiyaların tətbiqi ilə müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdən bəhs olunur. Məqalədə yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması və digər istiqamətlər barədə də məlumat verilmişdir.
Qlobal maliyyə böhranının dünya iqtisadiyyatını ağır tənəzzülə məruz qoyduğuna baxmayaraq, Azərbaycan iqtisadiyyatında sabitlik və dinamik inkişafın davam etdiyi bildirilmişdir. Böhran illərində ölkəmizdə real artımın orta hesabla illik 8 faizdən çox olduğu, makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyi, ölkənin valyuta ehtiyatlarının 29 milyard dollara yüksəldiyi, bunun da ÜDM-in 60 faizdən çox olduğu və bu gün regional inteqrasiya və inkişafın lokomotivi olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə sahib olduğu diqqətə çatdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi ilə bölgələrdə minlərlə yeni müəssisənin fəaliyyətə başlaması, 900 min yeni iş yerinin yaradılması, çoxsaylı səhiyyə müəssisələri, məktəblər, olimpiya mərkəzlərinin tikilməsi, digər sosial layihələrin həyata keçirilməsi, yoxsulluq həddinin 4-5 dəfə azalmasının Azərbaycanın inkişafının və əhalinin sosial vəziyyətinin yüksəlməsinin göstəriciləri olduğu məqalədə öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, son 10 ildə ÜDM 4 dəfə, ixrac həcmi 15 dəfə, dövlət büdcəsi 15 dəfə, sərmayələr 96, valyuta ehtiyatları 31 dəfə artmışdır. Təkcə 2003-2010-cu illərdə ölkədə illik iqtisadi artım 17 faiz təşkil etmişdir ki, bu göstərici üzrə Azərbaycan dünya liderliyinə yüksəlmişdir.
Müəllif Azərbaycanın yüksək sosial-iqtisadi nailiyyətlərinin Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinə məruz qaldığı bir şəraitdə əldə edildiyini vurğulamışdır. Məqalədə Dağlıq Qarabağ və ətraf 7 rayonla birlikdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu və 1 milyon azərbaycanlı əhalinin didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, 2010-cu ilin yekunları üzrə Azərbaycanın iqtisadi nailiyyətlərinə beynəlxalq institutlar da yüksək qiymət vermişlər.
Məqalədə ölkənin əsas məqsədinin hazırkı inkişaf tempini qorumaq və inkişaf etdirmək olduğu bildirilərək, bunun üçün Azərbaycanda bütün imkanların, ən başlıcası isə bu nailiyyətlərin əldə edilməsini şərtləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü strategiyanın rolu yüksək qiymətləndirilmişdir.
Azərbaycanla Argentina arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları məqalədə diqqətə çatdırılmışdır. Hər iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olduqları, xüsusilə də əməkdaşlığın XXI əsr üçün açar funksiyasını daşıyacaq enerji, kənd təsərrüfatı, elm və texnologiyalar sahələrini əhatə edə biləcəyi qeyd edilmiş, habelə infrastruktur, tikinti, əczaçılıq və digər sektorlar üzrə mövcud ticarət və sərmayə imkanları təhlil olunmuşdur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında