Ölkəmiz Tələbə Gənclər Təşkilatlarının Liderlərinin VI Forumunda təmsil olunub

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları (ATGTİ) İttifaqının beynəlxalq əlaqələr departamentinin rəhbəri Rəna İbrahimova təmsil edib. Bu barədə ATGTİ-nin mətbuat xidməti məlumat yayıb.
M.V.Lomonosovun anadan olmasının 300 illiyi, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasının 20 illiyi şərəfinə və Rusiya tələbələri günü keçirilmiş forumda MDB ölkələrinin tələbə təşkilatlarının əməkdaşlıqlarının genişləndirilməsi və inkişafı, mədəniyyət, elm, təhsil və informasiya siyasəti məsələləri müzakirə olunub. Forum çərçivəsində R.İbrahimova MDB ölkələrinin tələbə təşkilatlarının nümayəndələri ilə görüşüb, ATGTİ haqda təqdimat keçirib, təşkilatın fəaliyyəti və gələcək planları haqda geniş çıxıb edib. Tədbirdə ATGTİ və forumun təşkilatçısı "Tələbə Təşkilatlarının və Gənclərin Beynəlxalq Birliyi" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin əsas məqsədi iki ölkənin təşkilatları və gəncləri arasındakı əlaqələri genişləndirmək, birgə layihələr həyata keçirməkdir. ATGTİ Belarus Respublikası və digər ölkələrin tələbə təşkilatları ilə bu cür əməkdaşlıq müqavilələri imzalayıb. Qeyd edək ki, forum "Tələbə Təşkilatlarının və Gənclərin Beynəlxalq Birliyi"nin təşəbbüsü ilə keçirilib. Bu təşkilat MDB ölkələrinin aparıcı universitetlərinin 70-dən çox tələbə təşkilatını özündə birləşdirir.

{nl}


Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında