DNF-in aktivlərinin 99 faizi sabit gəlirli qiymətli kağızlarda yerləşdirilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, ötən il qurumun vəsaitlərinin 53,41 faizi ABŞ dolları, 41,43 faizi avro, 5,16 faizi isə İngiltərə funt sterlinqində yerləşdirilmişdir.
Vəsaitlərin idarə olunması ilə bağlı qurum tərəfindən konservativ siyasət aparılır və aktivlərin 99 faizi sabit gəlirli qiymətli kağızlarda yerləşdirilmişdir. Bunlar əsasən, maliyyə, agentliklərin və beynəlxalq təşkilatların zəmanətli istiqrazları, suveren borc kağızları və sairdir. DNF-in investisiya portfelindəki istiqrazların kredit təsnifatının 93 faizi "A", "AA" və "AAA" reytinqlidir. Bunun da 34,56 faizi 1 il, 27,40 faizi 1-3 il, 33,89 faizi 3-5 il, 4,04 faizi isə 5 ildən artıq müddətdə saxlanılır. Vəsaitlərin 68,89 faizi Avropa, 12,75 faizi Şimali Amerika, 7,64 faizi isə beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında