Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstriyanın Sənaye İttifaqının sədri Fayt Zorger ilə görüşmüşdür.
Bakıya səfərdən məmnunluğunu ifadə edən qonaq ölkəmizdə gedən dinamik inkişafın şahidi olduğunu vurğulamış, Azərbaycanın böyük iqtisadi potensialının qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanlar açdığını bildirmişdir.
Nazir E. Məmmədyarov inkişaf edən respublikamızda həyata keçiriləcək bütün irimiqyaslı layihələrin dövlət tərəfindən dəstəkləndiyini, həmçinin ölkələrimizin Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında