Kaliforniya muzeyində SSRİ-nin dağılması prosesində 20 Yanvar faciəsinin roluna həsr edilmiş seminar keçirilmişdir

Los-Ancelesdəki Vende muzeyində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələr müzakirə edilmişdir. "Soyuq müharibə" tarixinə həsr edilmiş muzey kolleksiyası və arxivi sosializm realizmi üslubunda incəsənət eksponatlarndan və sovet əyani təbliğat vasitələrindən ibarətdir.
Diskussiyanın aparıcısı, muzeyin direktoru Castin Campol tədbir iştirakçılarına SSRİ-nin mövcudluğunun son illərində baş vermiş siyasi proseslər barədə məlumat vermiş və sovet dövrü tarixini öyrənməyin vacib olduğunu xatırlatmışdır.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov vurğulamışdır ki, məhz 1990-cı il yanvarın 20-də SSRİ-nin dağılmasının labüdlüyü Bakının hüdudlarından çox-çox uzaqlarda da aşkar oldu. Bu tarix azərbaycanlıların əksəriyyəti üçün dönüş tarixi oldu. Bundan sonra onların özlərini Sovet İttifaqı ilə eyniləşdirməsi qeyri-mümkün oldu. Azərbaycanın müstəqilliyinin təməli məhz həmin anda qoyuldu. O çətin günlərdə öz xalqının tərəfini saxlayan və çoxlarına nümunə göstərən ümummilli lider Heydər Əliyevin rolu xüsusi vurğulanmışdır.
Diplomat qeyd etmişdir ki, Qara Yanvar Azərbaycan vətəndaşlarının milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq onların hamısının ümumi kədəri olmuşdur. Faciənin qurbanları arasında Azərbaycanda yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələri vardı. Onların dəfnində ölkənin müsəlman, yəhudi və xristian icmalarının liderləri iştirak etmişdir. Baş konsul ruhani liderlərə Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmlənməsinə və onun harmonik inkişafına verdikləri töhfəyə görə xüsusi təşəkkürünü bildirmiş və Holokostun ildönümü ilə əlaqədar yəhudi icmasının nümayəndələrinə başsağlığı vermişdir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Los-Anceles


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında