Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib

Oktyabrın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət  xadimləri iştirak ediblər.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, üç mərtəbədən ibarət mərkəzdə  uşaq və yeniyetmələrin  yaradıcı təxəyyülünün  inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 2000 kvadratmetr olan mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada rəsm, musiqi, elm, bacarıqlı əllər, robototexnika, məktəbəhazırlıq, inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ otağı və s. yerləşir.

Mərkəz fəaliyyətini  4-16 yaşlı uşaq və yeniyetmələr  üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə  təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada multielm,  multirəsm, məktəbəhazırlıq, robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib.

Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. “Multicentr” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması  imkanı verəcək.

 Mərasim mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam etdirilib.

 Mərkəzin direktoru Lalə Qəti ölkəmizdə təhsilə olan dövlət qayğısından danışıb və belə bir şəraitin yaradılması üçün təşəkkürünü bildirib.

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır.

Mərkəzin yetirmələri Gürcüstan və İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, Amerika, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, İngiltərə, Yunanıstan, Misir, İordaniya, Norveç, Hindistan, Niderland, Avstriya, İtaliya və digər ölkələrdə keçirilən müsabiqə, sərgi festivallarda I, II, III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.

Samirə Əliyeva,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında