Qəsəbə nümayəndəliyi hesabat verir

Dünən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəsinin 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Tədbirdə iştirak edən rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Xətai rayonunda ulu öndərin adını daşıyan parkda ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun iştirakı ilə keçən hesabat yığıncağı Əhmədli qəsəbə nümayəndəsi Füzuli Ələsgərovun hesabat məruzəsi ilə başladı. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkə iqtisadiyyatında əldə olunan uğurlardan geniş danışaraq bildirdi ki, tarixə qovuşan 2010-cu il xalqımız və müstəqil dövlətimiz üçün bütün sahələrdə inkişaf və tərəqqi ili olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi islahatlar strategiyasını müvəffəqiyyətlə davam etdirərək respublikamızı dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdir.
Ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının icrası ilə əlaqədar qəsəbə və kəndlərdə ölçüyəgəlməz tədbirlər həyata keçirilmişdir. Bütün bunlar insanlarda dövlət və dövlətçiliyə inam və etibarı artırır. İndi onlar çalışdıqları sahələrdə daha həvəslə işləyir, ictimai işlərdə daha fəal iştirak edirlər.
Əhmədli qəsəbəsi Bakı şəhərinə yaxın olan Xətai rayonunun yeganə qəsəbəsidir. Sahəsi 108 hektar, əhalisi 14 min nəfərdən artıqdır. Qəsəbədə 70 məcburi köçkün ailəsi məskunlaşmışdır.
F.Ələsgərov daha sonra bildirdi ki, ölkə başçısının imzaladığı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər Proqramı" paytaxtın bütün qəsəbələri kimi Əhmədli qəsəbəsinin də həyatında çox mühüm rol oynamışdır. Məhz bu proqramda Əhmədli qəsəbəsinin əhalisini uzun illər narahat edən sosial-məişət problemlərinin - qəsəbənin elektrik təchizatının yaxşılaşdırılması üçün bərpa və yenidənqurma işlərinin aparılması, su və kanalizasiya şəbəkəsinin yenidən qurulması və əlavə xətlərin çəkilməsi, yeni poçt binasının və uşaq bağçasının tikilməsi və digər vacib problemlərin həlli üçün konkret tədbirlər əksini tapmışdı. Bu gün bu tədbirlərin demək olar ki, əksəriyyəti öz həllini tapmış və bir qisminin həlli istiqamətində zəruri işlər görülür.
Əhmədli qəsəbə nümayəndəsi həmçinin qeyd etdi ki, köhnə kanalizasiya xətlərini tamamilə dəyişdirilməsi işi başa çatmaqdadır. Qəsəbənin yollarına bələdiyyə tərəfindən 6 min paqonometr asfalt döşənib. Elektrik təchizatında fasiləsizlik təmin olunmuşdur.Enerji daşıyıcılarının əhali tərəfindən vaxtında ödənilməsi də bu işdə öz sözünü deyir və demək olar, bu sahədə heç bir ciddi problemlə üzləşmirik.
Natiq Xətai Rayon İcra Hakimiyyətinin yaxından köməyi, diqqət və qayğısı sahəsində ötən il səhiyyə, mədəniyyət və təhsil obyektlərində əsaslı təmir işlərinin uğurla başa çatdırıldığını, Heydər Əliyev Fondu tərəfindən 64 saylı məktəb üçün əlavə tədris korpusunun tikilib istifadəyə verildiyini də xüsusi qeyd etdi.
F.Ələsgərov məruzənin sonunda 2011-ci ildə görüləcək işlərdən və qarşıda duran vəzifələri də qeyd etdi.
Sonra məruzə ətrafında çıxışlarda Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəsinin ötənilki fəaliyyəti geniş təhlil olundu və bütövlükdə müsbət qiymətləndirildi. İclasda iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da çıxışında Əhmədli qəsəbəsində həyata keçirilən tikinti-yenidənqurma işlərinə yüksək qiymət verdi və bildirdi ki, bu bütövlüklə Xətai rayonunda son bir neçə ildə həyata keçirilən genişmiqyaslı tədbirlərin bir hissəsdir.
Hesabat yığıncağına Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yekun vuraraq bildirdi ki, Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticəsi bu gün onun parlaq simasında əks olunur. Biz böyük öndərimiz Heydər Əliyevin arzu və istəklərinin, elə onun özünün təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası əsasında necə gerçəkləşdirildiyinin şahidləriyik. Sadəcə bizim bəxtimizə, bu strateji xətti öz parlaq zəkası və yaradıcı təfəkkürü ilə qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işləmək düşüb. Dövlət başçısının bizə verdiyi ən önəmli tapşırıqlardan biri bizim xalqa xidmət etmək vəzifəmizi heç vaxt unutmamaqdır.
Sonda R.Məmmədov qəsəbə ziyalılarının, ağsaqqallarının arzu və istəklərini dinlədi, qəsəbə nümayəndəliyinə qarşıda duran vəzifələrin həlli istiqamətində tövsiyələrini verdi.

{nl}


İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında