Almaniyada Türk-Azərbaycan Birliyi yaradılmışdır

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Türk-Azərbaycan Birliyinin (TAB) təsis yığıncağı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bildirmişlər ki, toplantıda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin işçiləri, DİDK-in əməkdaşı Elnur Əliyev, Bundestaqın sabiq üzvü Haqqı Kəskin, Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kaya, türk və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
AAKM-in icraçı direktoru, xanım Samira Patser-İsmailova Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən, Berlindəki türk icmaları ilə birgə keçirilmiş tədbirlərin əhəmiyyətindən danışmışdır. Bu tədbirlərin Almaniyadakı Azərbaycan diasporu və türk icması arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır. Yeni yaradılan TAB-ın təkcə türk və Azərbaycan diaspor təşkilatları ilə deyil digər dost xalqların icmaları arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni bəhrələr verəcəyinə ümid etdiyini bildirmişdir.
Səfir P. Şahbazov birliyin yaradılmasını tarixi hadisə kimi qiymətləndirmişdir. O, ulu öndərimiz Heydər Əliyevin "Bir millət,iki dövlət" kəlamını xatırlatmış, yeni yaradılmış təşkilatın diasporumuzun təşkilatlanmasına və tarixən mövcud olan dostluğun yenidən çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, TAB Almaniyada Azərbaycan haqqında informasiya bolluğu yaratmalı, əlaqələndirmə işlərinə ciddi fikir verməlidir. Bunun üçün də birlik yüksək səviyyədə təşkilatlanmalıdır.
Türkiyənin Almaniyadakı konsulunun müavini, xanım İşıl Cemali Doğan yeni yaradılan birliyin üzərinə düşən vəzifələrdən danışmışdır. Onun fikrincə Almaniyada, eləcə də Berlində yaşayan 230 minlik türk icması və 120 minlik Azərbaycan diasporu birliyə bu yolda köməyini əsirgəməyəcəkdir.
Sonra DİDK-in əməkdaşı Elnur Əliyev Birliyin işinə uğurlar arzulamışdır.
TAB-ın yaradılmasının təşəbbüskarı Haqqı Kəskin demişdir ki, yeni təşkilat Ermənistan-Azərbaycan problemini Almaniya ictimaiyyətinə tanıtmaq kimi mühüm bir vəzifəni qarşısına məqsəd qoymuşdur. Birlik Azərbaycan və türk xalqlarının daha da yaxınlaşması, dostluğunun möhkəmlənməsi yolunda yeni və mühüm addımlar atacaqdır.
Çıxışlardan sonra birliyin nizamnaməsi təsdiqlənmiş, sədri və idarə heyəti seçilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında