Müsadirə olunan mallar yandırılaraq məhv edilmişdir

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.
Həmin məhsullardan 491 həb "Clonazepam", eləcə də 1195 qutu, 5762 ədəd və 3335 ampula dərman preparatları Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından 4500 ədəd diş qapağı isə standartlara uyğun gəlmədiyi üçün məhv edilmişdir. Respublika daxilində istifadəsinə icazə verilməyən 203 flakondan ibarət bioloji qida əlavəsinin isə keyfiyyətsiz olduğu müəyyənləşdirilmiş və zərərsizləşdirilmişdir.
Bundan başqa, 72 ədəd və 189,6 kiloqram (kq) "Çudo 26 Xudoe kofe" adlı qəhvə, 47 kq boş qəhvə qutuları, 6,5 kq balıq kürüsü, üzərində "Caviar" sözü yazılmış 1380 ədəd boş kürü qabları istifadəyə yararsız olduğu, 38 kq kolbasa məhsulu standart tələblərə uyğun gəlmədiyi üçün yandırılaraq məhv edilmişdir.
İstifadəyə yararsız məhsullar sırasında müxtəlif adda 100 ədəd araq və 696 ədəd pivə, eyni zamanda, kustar üsulla hazırlanmış 160,5 litr çaxır və 107 litr spirt də zərərsizləşdirilmişdir.
Nəhayət, gömrükçülərin müsadirə etdikləri həmin mallar arasında Ermənistan istehsalı olan 7 ədəd "Royal Braziliya Coffe" qəhvəsi, 3 ədəd "Ararat" və "Noy" konyakları da aşkarlanmış və istifadəyə yararsız olduğu üçün məhv edilmişdir.
Bütün bu məhsullar Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında