Dövlət Gömrük Komitəsi yeni aldığı katerlərin və avtomobilin təqdimatını keçirmişdir

Yanvarın 28-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yeni aldığı 3 kater və 42 avtomobilin təqdimat mərasimini keçirmişdir.
DGK-nın sədri Aydın Əliyev bildirmişdir ki, "Wolksvagen-Jetta" markalı avtomobillər komitənin istifadəsinə verilmiş, katerlər isə qurumun Xəzər dənizində Azərbaycanın iqtisadi mənafelərinin qorunma İdarəsinin tabeçiliyində olacaqdır. Artıq bir neçə ildir ki, bu idarə Azərbaycan gömrük xidməti sistemində fəaliyyət göstərir. İdarə kater çatışmazlığından tam fəaliyyət göstərə bilmirdi. Ona görə də idarənin katerlərlə təchiz olunması zəruri idi. Əsas məqsəd operativ əməliyyatları həyata keçirmək, qaçaqmalçılığın qarşısını almaqdır. Bu katerlər ən müasir katerlərdir. Belə katerlər Skandinaviya ölkələrinin gömrük və sərhəd xidmətlərində istifadə olunur. Finlandiya lisenziyası ilə Estoniyada hazırlanan katerlərin uzunluğu 16 metr, sürəti saatda 42 dəniz milidir. Gecəgörmə cihazları 38 mil uzaqlığı görməyə imkan verir. Hər bir kater beş ton yük və heyət daxil olmaqla 16 nəfər götürə bilir. Katerlər lazımi avadanlıqla təchiz olunmuşdur.
Katerlərin və avtomobillərin təqdimat mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iştirak etmişlər.
Sonra Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat Mərkəzinin açılışı olmuşdur.
Bildirilmişdir ki, mərkəz İKT əsasında qurulmuşdur və ölkə ərazisində hərəkət edən gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə nəzarətini həyata keçirir. Burada video-müşahidə vasitəsilə avtomobil, hava, dəmir və dəniz nəqliyyatı ilə ölkəyə daxil olan yüklərə, o cümlədən yüklərin rəsmiləşdirilməsinə nəzarət olunur, həmçinin ölkəyə daxil olan bütün nəqliyyat vasitələri qeydiyyata alınır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında