"Azərbaycan 10 il Avropa Şurası sırasında" kitabı Strasburqda yayılmışdır

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Elxan Suleymanovun "Azərbaycan 10 il Avropa Şurası (AŞ) sırasında" adlı kitabı çap edilmişdir. Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul olunmasının 10 illiyinin təntənəli şəkildə qeyd edilməsi ərəfəsində işıq üzü görmüş kitabın Brüsseldə nəşr olunmuş ingilis dilindəki variantı AŞPA-nın qış sessiyasının gedişi zamanı avropalı deputatlar arasında paylanmışdır. Kitab AŞPA-da təmsil olunan müxtəlif ölkələrin millət vəkilləri arasında xüsusi maraq doğurmuşdur.
Ön sözün müəllifi Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Avropa Şurasının Belçika üzrə nümayəndə heyətinin keçmiş rəhbəri Jan-Pol Anrinin qeyd etdiyi kimi, məsafə etibarilə çox uzaqda yerləşən, lakin eyni zamanda, öz coğrafi və strateji mövqeyi ilə bütün Avropa sakinləri üçün aparıcı rola malik Azərbaycan kimi bir ölkənin Avropa ailəsinə qoşulması Avropa üçün əhəmiyyətli hadisə olmasının qeyd edildiyi kitab Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq şəhər ictimaiyyəti arasında da yayılmışdır.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında