Yevlaxda "İnkişafın Azərbaycan modeli" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir

Yevlax Şəhər İcra Hakimiyyəti və "Azərbaycan" qəzeti "İnkişafın Azərbaycan modeli" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirmişlər.
İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Bəxtiyar Sadıqov "İnkişafın Azərbaycan modeli" kitabı haqqında məlumat vermişdir. Kitabın məziyyətlərindən danışan B.Sadıqov bildirmişdir ki, silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev "Yevlax sürətli sosial-iqtisadi inkişaf yolundadır" mövzusunda məruzə etmişdir. Məlumat vermişdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının və "Yevlax şəhərinin sosial-iqtisadi inkişafı Proqramı"nın icrası nəticəsində son 7 ildə şəhərdə 2100-dən artıq iri layihə həyata keçirilmişdir. Sahibkarların vəsaiti ilə "Lalə Tekstil" tikiş fabriki, "Dan" kərpic zavodu, "Arfa" mebel fabriki, "Gilan" dəri emalı fabriki, "Azərtoxum" MMC, iki asfalt zavodu, beton zavodu, makaron və çörək sexləri tikilib istifadəyə verilmiş, "Təmir" ASC-nin fəaliyyəti bərpa edilmişdir. Rayonda böyük sosial-iqtisadi inkişafa nail olunmuş, şəhərin küçə və prospektləri, kənd yolları asfaltlanmış, idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binalar tikilmiş, əhalinin elektrik enerjisi, qaz və su ilə təmin olunması istiqamətində mühüm işlər görülmüş, geniş yaşıllıqlar salınmışdır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev son illər ölkədə, o cümlədən regionlarda gedən sürətli sosial-iqtisadi inkişafdan danışmışdır.
Tədbirdə şəhər icra hakimiyyəti başçısı aparatının bölmə müdiri Qənimət Qaraşov "Sahibkarlığın inkişafına dövlət qayğısı və yerli hakimiyyətin dəstəyi", rayon əhalinin sosial müdafiəsi mərkəzi direktorunun müavini Feyzulla Abbasov "Sosial sahəyə diqqət əsas fəaliyyət istiqamətindədir", "Kür" qəzetinin redaktoru Əminə Əhmədova "Simasını dəyişən şəhər", şəhər 2 nömrəli orta məktəbi direktorunun müavini Təranə Məmmədova "Qaçqın və məcburi köçkünlərə sosial dəstək uğurlu bəhrələrini verir", 7 nömrəli məktəbin direktoru Rəşad Əsədov "Yevlax bölgənin mədəni-maarif mərkəzinə çevrilir" mövzularında çıxışlar etmişlər.
"Dəyirmi masa" iştirakçıları Yevlax şəhərinin görkəminin tanınmaz dərəcədə dəyişməsini, rayonun qəsəbə və kəndlərinin abadlaşması və müasirləşməsi faktını vurğulamışlar. Qeyd edilmişdir ki, son illərdə rayonda miqyasına görə misilsiz dəyişikliklər dövlətimizin başçısı İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında