"Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi" muzeyi yaradılmışdır

Azərbaycan Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyində "Heydər Əliyev və Azərbaycanın neft-kimya sənayesi" muzeyi yaradılmışdır. Muzeydə respublikanın kimya və neft-kimya sənayesinin inkişaf mərhələlərindən söz açan fotosənədlər toplanmışdır. Muzeydə ölkə iqtisadiyyatının bu mühüm sahəsinin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini əks etdirən materiallar xüsusi yer tutur. Sənaye şəhəri olan Sumqayıtın təşəkkülü və inkişafı məhz ulu öndərin adı ilə bağlıdır.
Dörd tematik bölmədən ibarət olan muzeyin mərkəzində böyük siyasi xadim Heydər Əliyevin büstü qoyulmuşdur. Birinci bölmədə Azərbaycanın xəritəsi fonunda Heydər Əliyevin portreti təsvir olunmuşdur. Ekspozisiya öz məqsəd və məramlarını büsbütün Azərbaycana həsr edən ümummilli liderin Vətənə məhəbbətini təcəssüm etdirir. Ulu öndərin xəritənin üzərində yazılmış "İqtisadiyyatı güclü olan dövlət sarsılmazdır!" kəlamı "Azərikimya" İB-nin devizi kimi səslənir.
İkinci bölmədə 1969-1982- ci illərdə ölkəyə rəhbərliyi dövründə Heydər Əliyevin kimya və neft-kimya sənayesinin inkişafına diqqət və qayğısı əks olunmuşdur. Fotoxronika kadrları neft-kimya sənayesinin təşəkkülünün müxtəlif mərhələlərini, Heydər Əliyevin kimyaçılar şəhərinə unudulmaz səfərlərini əks etmişdir.
Muzeyin üçüncü bölməsində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Sumqayıta səfərindən söz açılır. Burada təqdim edilmiş materiallar bütün sahələrdə ölkənin inkişafının təməlini qoymuş ulu öndərin siyasətinin uzaqgörənliyindən xəbər verir.
Sonuncu bölmə Azərbaycanda neft-kimya sənayesinin inkişafına layiqli töhfə vermiş kimyaçı alimlərə və istehsalat işçilərinə, o cümlədən dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev və onun sadiq silahdaşlarına - akademiklər Əli Quliyev, Murtuza Nağıyev, Mark Dalin, İsmayıl İbrahimov, Toğrul Şahtaxtinski və Musa Rüstəmova həsr olunmuşdur. Sumqayıtdakı kimya müəssisələrinin istedadlı rəhbərləri Əliş Mustafayev, Rzaqulu Ağasıyev, Nurəddin Babayev, Ucal Qasımzadə, Narça Ağayev, Zamin Hüseynov da onlarla bir sıradadır.
"Azərikimya" İB-dən bildirmişlər ki, kimyaçılar muzey yaratmaq üçün böyük tədqiqat işi aparmış, müxtəlif idarə və müəssisələrə, muzeylərə, AzərTAc-ın fotoxronikasına, habelə veteranların şəxsi arxivlərinə müraciət edərək, 700-dən çox eksponat toplamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında