Trayan Besesku: Biz hər sahədə Azərbaycanı dəstəkləyirik

Bu fikri AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə birlikdə Rumıniya Prezidenti Trayan Besesku jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləmişdir.
Rumıniya Prezidenti Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyü məsələsinə və Azərbaycan-Rumıniya əlaqələrinə toxunarkən demişdir: Siz bilirsiniz ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır. Biz hər sahədə əməkdaşlıq edirik. Rumıniya yeganə ölkədir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi dövlətləri ilə bir yerdə müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu dövlətlər Avropaya inteqrasiya yolunu seçsələr, Avropa bazarlarına çıxmaq istəsələr biz onlara "Xoş gəlmisiniz!" deyəcəyik və lazımi dəstəyi göstərəcəyik. Gələcəkdə bu ölkələrin də Avropa cəmiyyətinin bir üzvü olmasını istərdik.
Azərbaycanın xəritəsinə nəzər yetirdikdə, bu ölkənin enerji resursları ilə zənginliyi dərhal nəzərə çarpır. Rumıniya uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir və biz, əlbəttə, belə əməkdaşlıqdan razıyıq. Biz hər sahədə Azərbaycanı dəstəkləyirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında