Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış nümayəndəsinə layiqli cavab vermişdir

Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli erməni lobbisinin tanınmış nümayəndəsi Kler Muradyanın dəvəti ilə Parisdəki Rusiya, Qafqaz və Mərkəzi Avropa Dünyası Araşdırmalar Mərkəzində "1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarisi siyasəti" mövzusunda mühazirə oxumuşdur.
Qafqaz regionu ilə bağlı araşdırmalar aparan tələbə və tədqiqatçıların iştirak etdiyi tədbirdə azərbaycanlı alim ölkəmizin tarixinin formalaşması prosesindən, Türkmənçay və Gülüstan müqavilələrindən sonra keçdiyi yoldan, 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin yaradılmasından və həyata keçirdiyi islahatlardan söhbət açmış, həmin dövrdəki geosiyasəti açıqlamış, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi mart qırğınına toxunmuş, təkcə Bakıda 12 min nəfərin qətlə yetirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Demokratik Respublikasının demokratik quruluşlu bir dövlət olduğunu xatırladan C.Həsənli bütün millətlərin parlamentdə təmsil olunduğunu qeyd etmiş, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, onun Fransada əhəmiyyətli işlərindən söhbət açmış, həmin dövrdə çap olunmuş Azərbaycan xəritəsini iştirakçılara paylamışdır.
Azərbaycanlı alimin mühazirəsinə münasibət bildirən Kler Muradyan 1918-ci ildə mart soyqırımı olduğunu və bunu inkar etmək niyyətində olmadıqlarını bildirmiş, eyni zamanda, həmin vaxt çoxlu erməninin qətlə yetirilməsinə də diqqət yönəldilməsinin vacibliyini qeyd etmişdir.
Erməni xanımının səsləndirdiyi fikrə münasibət bildirmiş Cəmil Həsənli mart hadisələrinin hakimiyyətdə olan S.Şaumyanın rəhbərlik etdiyi və bir neçə erməninin təmsil olunduğu Bakı Kommunası tərəfindən törədildiyini qeyd etmiş, eyni zamanda, qırğınların Bakının alınması uğrunda gedən qanlı döyüşlərdə baş verdiyini və hər iki tərəfdən çoxlu sayda insan tələfatı olduğunu diqqətə çatdırmış, iki hadisənin heç bir müqayisəyə sığmadığını bildirmişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında