Azərbaycan Prezidentinin "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı uğurla icra olunur

"Dövlətqaçqınkom"un əməkdaşları məcburi köçkünlərin məskunlaşdıqları qəsəbəni yaşıllaşdırırlar
Ölkə başçısının "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2009-cu il 2 sentyabr tarixli sərəncamına əsasən Sabunçu rayonunun Ramana qəsəbəsində tikilmiş beşmərtəbəli, yetmiş mənzilli bina bu yaxınlarda istifadəyə verilmişdir.
Binaya metronun "Azadlıq prospekti" stansiyasının tikintisinin aparıldığı ərazidə, Bakı Yod Zavodunun, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Sabunçu rayonundakı pansionatda və digər boşaldılması zəruri olan dövlət əhəmiyyətli yerlərdə kommunal və sanitar normalara cavab verməyən şəraitdə yaşayan Ağdam, Şuşa, Cəbrayıl, Kəlbəcər və digər işğal altında olan rayonlardan didərgin düşmüş soydaşlarımız köçürülmüşlər.
Smeta dəyəri 5,2 milyon manat olan və "SNT İnşaat" ASC tərəfindən tikilmiş bina bir neçə il əvvəl məcburi köçkünlər üçün salınmış 450 ailəlik qəsəbəyə bitişik ərazidə tikilmişdir. Burada 5 birotaqlı, 35 ikiotaqlı, 25 üçotaqlı, 5 dördotaqlı mənzil vardır. Ərazidə elektrik transformatoru və qaztənzimləyici məntəqələr, fasiləsiz su təchizatı üçün hər biri 150 kubmetrlik iki su anbarı və nasosxana tikilmiş, kanalizasiya xətti çəkilmiş, mənzillərin isidilməsi üçün lokal istilik şəbəkəsi yaradılmışdır. Binanın ətrafında yaşıllıq zolağı salınmışdır.
Cəbrayıl rayonundan məcburi köçkün Rəhim Nəbiyevin beş nəfərlik ailəsi burada ikiotaqlı mənzil almışdır. Deyir ki, Yod Zavodunun ərazisində yaşayırdıq. Heç bir kommunal şəraitimiz yox idi. Bizə göstərilən qayğı və diqqətə görə Prezidentimiz İlham Əliyevə minnətdarıq. İnanırıq ki, onun qətiyyəti sayəsində doğma torpaqlarımıza qayıdacağıq.
Həmin gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mərkəzi aparatının əməkdaşları "Ekologiya ili" çərçivəsində növbəti iməcilik keçirərək, buradakı qəsəbənin ərazisində 1000-dən artıq ağac əkmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında