Azərbaycanda keçirilən Polşa-Azərbaycan elmi-praktiki simpoziumun əhəmiyyəti böyükdür

Azərbaycanda keçirilən Polşa-Azərbaycan elmi-praktiki simpoziumun əhəmiyyəti böyükdür.
Bu sözləri yanvarın 27-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov demişdir.
Vahid Novruzov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Auditorlar Palatası, İqtisadçılar İttifaqı, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Polşa-Azərbaycan elmi-praktik simpoziumu öz işinə başlayır.
İki gün davam edəcək tədbirin əsas məqsədi bütövlükdə iqtisadiyyatın daha səmərəli yolla inkişafını təmin etmək üçün müəssisələrdə auditin rolunu bir daha yeni şəraitə uyğun konseptual baxımdan müzakirə edib, müvafiq sənədlərin qəbulu üçün fikirlər formalaşdırmaqdır. Simpoziumda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və onların həlli yolları müzakirə ediləcək, müxtəlif mövzularda məruzələr dinləniləcəkdir.
V.Novruzov bildirmişdir ki, Auditorlar Palatası artıq 20 ölkənin müvafiq qurumları ilə əməkdaşlıq sazişi imzalamışdır və beynəlxalq əlaqələrini bundan sonra da genişləndirəcəkdir.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında