Cari il yanvarın 1-nə DNF-in aktivləri 22 milyard 766,8 milyon ABŞ dolları olmuşdur

Yanvarın 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov 2010-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.
Tədbirdə Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ş.Mövsümov ötən ilin də ölkəmiz üçün uğurlu olduğunu bildirmiş, DNF-in 2010-cu ildə gəlir və xərcləri barədə hesabatını açıqlamışdır. Bildirmişdir ki, ötən il qurumun büdcə gəlirləri 13 milyard 88,5 milyon manat, büdcə xərcləri isə 6 milyard 386,5 milyon manat təşkil etmişdir. Fondun 2010-cu il büdcəsinin gəlir hissəsi 144,9 faiz, xərc hissəsi isə 99,4 faiz yerinə yetirilmişdir. Ötən il qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 155,9 milyon manat olmuşdur.
2010-cu ildə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 932,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 milyard 716,1 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 158,7 milyon manat, tranzit gəlirlərindən 8,3 milyon manat, akrhesabı ödənişlərdən 1,2 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,7 milyon manat və bonus ödənişlərindən 1,6 milyon manat təşkil etmişdir.
2010-cu ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı DNF-in büdcədənkənar xərcləri 502,7 milyon manat təşkil etmişdir.
Ş.Mövsümov demişdir ki, hesabat dövründə qurumun 2010-cu il büdcəsinin icrası çərçivəsində 5 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 104,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq olaraq 131 milyon manat və 199,6 milyon manat vəsait ayrılmışdır. Fondun büdcəsindən 12,4 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 9,6 milyon manat vəsait ayrılmışdır.
Cari il yanvarın 1-nə DNF-in aktivləri ötən ilin əvvəlinə (14 milyard 900,4 milyon dollar) nisbətən 52,8 faiz artaraq 22 milyard 766,8 milyon dollara bərabər olmuşdur.
İcraçı direktor slaydlar vasitəsilə DNF-in 2010-cu ilin investisiya fəaliyyətinin yekunlarını əvvəlki illərlə müqayisəli şəkildə diqqətə çatdırmışdır.
Şəffaflığın Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birinə çevrildiyini deyən Ş.Mövsümov Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinin uğurlu yekunları, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında