Azərbaycanın Çindəki səfiri "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilmişdir

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, yanvarın 23-də Pekin şəhərində 14-cü Çin Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilmişdir. Tədbirdə dünyanın 100-dən çox ölkəsinin ÇXR-də akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Azərbaycanın ÇXR-dəki səfiri Yaşar Əliyev beynəlxalq dostluq və mübadiləyə mühüm töhfəsinə görə festivalın Təşkilat Komitəsi tərəfindən "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilmişdir.
Bu mükafat dünyanın ahəngdar inkişafını təşviq etmək məqsədi ilə hər il təqdim olunur. Bu yüksək mükafata bu il Çində akkreditə olunmuş 67 səfir və beynəlxalq təşkilatın rəhbəri layiq görülmüşdür.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında