"Narkomaniyaya yox deyək!" plakat və foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Yanvarın 27-də Muzey Mərkəzində "Narkomaniyaya yox deyək!" plakat və foto müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Müsabiqə Dövlət Gömrük Komitəsi (DGK), Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov müsabiqənin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, respublikamızda bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılmış, əlaqədar beynəlxalq konvensiyalar təsdiq olunmuş, dövlət qurumları tərəfindən lazımi işlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq, narkomaniya təkcə müəyyən bir qrup insanların deyil, bütün cəmiyyətin, hər birimizin problemidir və onunla mübarizə hamılıqla aparılmalıdır.
Diqqətə çatdırılmışdır ki, gənclərə, uşaqlara narkotik vasitələrin zərəri barədə vaxtında düzgün istiqamətin verilməsi, onların məlumatlandırılması mühüm əhəmiyyətə malikdir. Bu işdə KİV-lərin mühüm rola malik olduğu xüsusi vurğulanmışdır.
Ötən ilin sentyabrından başlanan müsabiqəyə ümumilikdə 87 əsər təqdim edilmişdir. Bu əsərlər əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə və Rəssamlar İttifaqının üzvlərinə məxsusdur.
Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir iştirakçıları müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərgiyə maraqla baxmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında