Azərbaycanın Kanadadakı səfiri Ottavada çıxış etmişdir

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, səfir Fərid Şəfiyev yanvarın 26-da Ottava şəhərində Beynəlxalq İnkişaf Cəmiyyətinin Ottava-Qatino filialının təşkilatçılığı ilə "Enerji təhlükəsizliyi və boru kəmərləri siyasəti: Azərbaycanın mövqeyi" mövzusunda təqdimatla çıxış etmişdir.
F.Şəfiyev çıxışında ölkəmiz haqqında ümumi məlumat vermiş, Azərbaycan iqtisadiyyatının inkişafı, enerji sahəsində həyata keçirilən mühüm layihələr, son illər ərzində əldə edilmiş uğurlar, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilmiş reytinq qiymətlərindən və ölkəmizin bölgədəki rolundan danışmışdır. Həmçinin, səfir Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları və regionda gerçəkləşdirilməsi nəzərdə tutulan perspektivli enerji layihələri haqqında da dinləyicilərə ətraflı məlumat vermişdir.
Səfirin təqdimatından sonra iştirakçıların sualları əsasında müzakirələr davam etdirilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında