Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay AzərTAc-a "TÜRKSOY-un mətbuatda şərəf mükafatı"nı təqdim etmişdir

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında keçirilmiş mərasimdə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) "TÜRKSOY-un mətbuatda şərəf mükafatı"nı təqdim etmişdir.
Ərtoğrul Günay AzərTAc-ın türk dünyası mədəniyyətinə dair tədbirlərin işıqlandırılmasında xüsusi rolunu yüksək qiymətləndirmiş, agentliyə gələcək fəaliyyətində daha böyük uğurlar diləmişdir.
Mərasimdə AzərTAc-ın baş direktoru Aslan Aslanovun yüksək mükafata görə təşəkkür məktubu TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim olunmuşdur.
Mərasimdə baş katib Düsen Kaseinov çıxış edərək AzərTAc-ın TÜRKSOY-un fəaliyyətini daim diqqət mərkəzində saxlamasından məmnun olduğunu bildirmiş, Azərbaycanın milli xəbər agentliyinin digər türkdilli ölkələrin kütləvi informasiya vasitələrinə örnək olduğunu demişdir.
Sonra böyük tatar şairi Abdullah Tukayın anadan olmasının 125-ci ildönümü ilə bağlı TÜRKSOY-un elan etdiyi "Abdullah Tukay ili"nin təqdimatı olmuşdur.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət naziri Ziyla Valeyeva çıxış edərək görkəmli şairin həyat və yaradıcılığından, türk ədəbiyyatına verdiyi töhfələrdən bəhs etmişlər.

{nl}


Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında