Nazirlər Kabineti mövcud qərarlara bəzi əlavələr etmişdir

Yanvarın 25-də Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" mövcud qərarlara bəzi əlavələr edilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, yeni və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi məqsədi ilə Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin Maliyyə, Kənd Təsərrüfatı, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" mövcud qərara bu məzmunda yarımbənd əlavə etmişdir: "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı təsdiq edilsin".
Bundan başqa, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Nazirlər Kabinetinin mövcud qərarına da belə bir yarımbənd əlavə olunmuşdur: "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı təsdiq edilsin".
2011-ci il martın 1-dən qüvvəyə minən bu qərar üç il müddətində qüvvədə olacaqdır.
Qərarın tam mətni ilə, o cümlədən, mətnə əlavə edilmiş siyahılarla Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda ətraflı tanış olmaq mümkündür.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında