Azərbaycanda genişzolaqlı internetin imkanları artmaqdadır

Azərbaycanda genişzolaqlı internetin nüfuz səviyyəsi 15 faizə çatıb. Bu barədə 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, bu gün bütün respublika üzrə internetin nüfuz səviyyəsi 50 faiz təşkil edir ki, bu da bu seqment üzrə orta dünya göstəricilərini iki dəfə ötür.
Nazirliyin qiymətləndirmələrinə görə, 2011-ci ildə genişzolaqlı giriş bazarında artım təxminən 40 faiz təşkil edəcək. Son bir il yarım ərzində Azərbaycanda internet tarifləri 8-9 dəfə azaldılıb və bu gün 1Mbit/s sürətli ADSL xidmətinə qoşulmaq üçün orta qiymət 20 manat təşkil edir. Hazırda Azərbaycanda genişzolaqlı internetin inkişaf konsepsiyasının hazırlığı gedir. Konsepsiyada operator telekommunikasiya qovşaqlarında genişzolaqlı internet portlarının sayının artması, tariflərin azaldılması, təklif olunan tarif planlarının sayının artırılması, multimedia xidmətlərinin göstərilməsi üçün infrastrukturun inkişafı, kontent xidmətlərin genişlənməsi (bank xidmətləri, elektron ticarət və s.) nəzərdə tutulur.

{nl}


M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında