Rəsmi Bakı Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır

Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasına çalışır. Bu, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aiddir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri "Russia Today" telekanalının ərəb redaksiyasına müsahibəsində söyləmişdir. O demişdir: "XXI əsrdə Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə və həmin ərazilərdə azərbaycanlı əhaliyə münasibətdə etnik təmizləmələrə göz yumaraq mehriban qonşuluq münasibətləri qurmaq və onları saxlamaq qeyri-mümkündür".
Nazir daha sonra demişdir: "Mən Moskvaya Rusiyanın vasitəçiliyi ilə bu münaqişədən çıxış yollarını axtarmaqda davam etmək üçün gəlmişəm".
Xatırladaq ki, yanvarın 24-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur.
E.Məmmədyarov demişdir: "Tərəflər arasında atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində insanların həlak olması davam edir. Biz bu problemi həll etmək üçün zəruri olan hər şeyi etməliyik".
Nazirin sözlərinə görə, danışıqların baza sənədi olan Madrid prinsiplərində nəzərdə tutulduğu kimi, ilk növbədə qoşunlar işğal edilmiş ərazilərdən çıxarılmalıdır. E.Məmmədyarov daha sonra demişdir: "Qaçqınlar və məcburi köçkünlər öz əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır, işğal edilmiş ərazilərdə infrastruktur bərpa edilməlidir, bu da həmin sənəddə əks olunmuşdur".
E.Məmmədyarov demişdir: "İndiki vəziyyət sonsuz davam edə bilməz. Dağlıq Qarabağ ətrafında vəziyyətdə irəliləyişə nail olmaq üçün biz bütün vasitələrdən istifadə etməliyik".
Nazir BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, qaçqınların və məcburi köçkünlərin doğma evlərinə qaytarılmasını nəzərdə tutan dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyinə təəssüfləndiyini bildirərək demişdir: "Bütün bu tələblər indiyə qədər kağız üzərində qalır".
Nazir daha sonra demişdir: "Bundan əlavə, AŞPA-nın və Avropa Şurasının qətnamələrində deyilir ki, bu problemin həlli mərhələlər üzrə həyata keçirilməli və ərazilər azad edilməlidir, çünki başqa dövlətin ərazisinin işğal edilməsi yolverilməzdir".

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında