Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana rəsmi səfərə gəlmişdir

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill aprelin 24-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hörmətli qonağı Baş nazirin müavini Elçin Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qarşılamışlar.
Hava limanında mətbuat nümayəndələri ilə qısa görüş keçirən patriarx bildirmişdir ki, səfər çərçivəsində o, aprelin 25-də MDB Dinlərarası Şurasının iclasında və dünya dini liderlərinin aprelin 26-27-də keçiriləcək Bakı sammitində iştirak edəcək, habelə, Bakı və Xəzəryanı bölgə Yeparxiyasına baş çəkəcək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəkdir.
Bu gün cəmiyyətimizdə dinin artmaqda olan rolunu diqqətə çatdıran Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Bakıda iştirak edəcəyi tədbirlərdə bu məsələnin geniş müzakirə olunacağını söyləmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında