Hadisə ilə bağlı zəruri istintaq hərəkətləri yerinə yetirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olmuş məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Nizami rayonunun ərazisində polis əməkdaşları ilə bir qrup şəxs arasında baş vermiş hadisə ilə əlaqədar həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmağa yönəlmiş və hadisələrin əsl mahiyyətini təhrif edən yazılar dərc edilmişdir.
Toplanmış ilkin istintaq materialları ilə müəyyən edilmişdir ki, 2011-ci il yanvarın 13-də saat 01 radələrində "Neon" şadlıq sarayının yaxınlığında Bakı şəhər sakinləri Anar Qəniyev, Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozmaqla mübahisə etmişlər. Həmin ərazidə ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyi Çevik Polis Alayının əməkdaşları onlara yaxınlaşıb intizama dəvət etmiş və şəxsiyyətlərini təsdiq edən sənədlərini yoxlamaq istəmişlər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlamışlar. Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən polis əməkdaşları - Elçin Mütəllimova və Zülfüqar Süleymanova bədən xəsarətləri yetirmişdir. O, bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılmasına baxmayaraq, ayağa qalxmış, köməyə çağırılmış polis əməkdaşlarına da müqavimət göstərərək onlardan birinə - Səbuhi Ağayevə bıçaqla xəsarət yetirsə də saxlanılmışdır.
Xəsarət almış polis əməkdaşları tibbi yardım göstərilməsi üçün xidməti avtomaşınla rayon ərazisində yerləşən 6 saylı köməkçi təcili tibbi yardım stansiyasına, Elvin Əsgərov isə 24-cü polis bölməsinə aparılmışdır. Sonuncu orada olarkən səhhəti pisləşdiyindən çağırış əsasında saat 01:15-də təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılmışdır. Lakin ona davamlı şəkildə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq vəfat etmişdir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
Bakı şəhər və Nizami rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək oradan qan nümunələri və cinayətin aləti olan bıçaq aşkar edilib götürülmüşdür.
Elvin Əsgərovun ölümünün səbəblərinin, bədənindəki xəsarətlərin ağırlıq dərəcəsinin və törənmə mexanizminin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb və digər müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda zərərçəkmişin valideynlərinin irəli sürdükləri xüsusatlar araşdırılır, hadisəni görmüş şahidlərin müəyyən edilməsi, dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.
Qeyd edilən cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmaqla, toplanmış sübutlar əsasında cinayəti törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında