Hindistanın milli bayramı şərəfinə

Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Respublika Gününün 61-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndikdən sonra çıxış edən Hindistanın Azərbaycandakı səfiri Debnat Şou ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmışdır. Hazırda Hindistanın iqtisadiyyat, yüksək nüvə texnologiyaları, kosmik tədqiqatlar sahələrində bir çox nailiyyətlər qazandığı qeyd edilmişdir. Səfir Azərbaycanla Hindistanı möhkəm dostluq tellərinin bağladığını demişdir. Diplomat Azərbaycan ilə Hindistan arasında əlaqələrin çoxtərəfli formatda inkişafını xüsusi vurğulamışdır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmışdır. Nazir Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulacağına əminliyini vurğulamışdır.
Qəbulda dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında