"Azərsat" peykinin orbitə çıxarılması ilə Azərbaycanın iqtisadi inkişafı daha sürətlə artacaqdır

Dallas şəhərində Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ilk telekommunikasiya peyki "Azərsat"ın istehsalçısı "Orbital Sciences Corporation" şirkətinin rəhbəri Deyvid Tomson ilə görüşmüşdür.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd etmiş, həmçinin ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanların yaradılmasından danışmışdır.
Görüşdə, həmçinin "Azərsat" peykinin istehsalı ilə əlaqədar işlərin gedişi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
D.Tomson bildirmişdir ki, bu gün 50-yə yaxın ölkənin öz süni peyki vardır. Əlbəttə ki, bu yüksək inkişaf etmiş ölkələrə aiddir. Fərəhləndirici haldır ki, Azərbaycan da bu kosmik ailəyə daxil olmuşdur. "Azərsat" peykinin orbitə çıxarılması ilə Azərbaycanın iqtisadi inkişafı daha sürətlə artacaqdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında