Yeni təhlükə-kibersilah

Antropogen amillərin təsiri ilə meydana gələn təbii fəlakətlər insanın yaşayış tərzini pozub. Tarix boyu qar yağmayan ərazilərə qar, bir damcı suya həsrət yerlərə leysan yağıntılarının düşməsi və daşqınların müəmmalı sirri nədədir?
Bu haqda dəqiq nəsə demək, hansısa səbəb göstərmək və baş verənləri izah etmək çətindir. Lakin unutmayaq ki, indi supergüclərin gizli cəbbəxanasında quraqlıq yarada bilən, istənilən regiona aylarla yağış və qar yağdıra bilən, 9 bal gücünə qədər zəlzələ törətməyə qadir olan silahlar mövcuddur. Və bu silahlardan zaman -zaman istifadə olunduğunu da istisna etmək olmaz. Sivilizasiya indi daha güclü və qorxulu silahın hədəfi ola bilər. Bu, bəşəriyyəti qorxu içində saxlamaq gücünə malik yeni kibersilahlardır.
İndi kompyuter vasitəsi ilə nəinki dünyanı idarə etmək, hətta onu məhv etmək mümkündür. Məhz bu gerçəkliyə görə dünyanın aparıcı KİV-ləri məsələnin ciddiliyini nəzərə alaraq, həyəcan təbili çalırlar. Məsələn, son dövrlər atom elektrik stansiyalarının kompyuter sisteminə daxil olub bəşəriyyətə nüvə fəlaakəti yaşada biləcək yeni virusdan danışılır. Analitiklər bildirir ki, İranda Buşehr AES - də çalışan rusiyalı nüvə mütəxəssisləri "ikinci Çernobıl" hadisəsinin baş vermə ehtimalından çox narahatdırlar.
Rusiyalı alimlər "Stuxnet" adlı sirli virusun reaktorun kompyuter sisteminə vurduğu ziyanın həcmindən rahatsız olduqlarını bildiriblər. Mütəxəssislərin qənaətincə əgər "ikinci Çernobıl" hadisəsi baş verərsə, həm də Rusiyanın beynəlxalq aləmdə nüfuzu korlana bilər.
Qeyd edək ki, İrandakı AES-in inşasına hələ İranda şah rejimi dövründə, ötən əsrin 70-ci illərində başlanılıb.
İndi İran reaktorun vaxtından tez işə salınmasında təkid göstərir. Buşehr AES-i bu ilin yayında İranı elektrik enerjisi ilə təchiz etməlidir. Lakin rus alimləri iranlıların nüvə təklükəsizliyi məsələlərinə barmaqarası baxmalarından xeyli təlaşlı görünürlər. Ona görə də Kremlə ünvanladıqları məlumatda AES-in işə salınmasının azı bu ilin sonuna qədər təxirə düşməsini istəyirlər, çünki "Stuxnet" virusunun vurduğu ziyanın həcmi konkret şəkildə müəyyənləşdirilməlidir.
Mütəxəssislər "Stuxnet" virusunun mövcudluğuna əmin olandan sonra belə nəticəyə gəliblər ki, artıq kibermüharibə Hollivud fantaziyası deyil. İndi bu real həyatda baş verən gerçək təhlükədir. "Stuxnet" digər viruslardan özünün iki başlıca keyfiyyəti ilə fərqlənir. Birincisi, hələ heç kim bu qədər mürəkkəb virus görməyib. Mütəxəssislər təsdiq edirlər ki, sadə xakerlərin belə bir virus yaratmağa nə gücü, nə də resursları ola bilər. Onu yalnız tam bir qrup, həm də üzərində zərgər dəqiqliyi ilə işləyərək hazırlayıblar. Analitiklər qeyd edirlər ki, hərb tarixində əsl kibermüharibə onu yaradanların rəhbərliyi ilə ən ikrahdoğurucu müharibə olacaq. Axı "Stuxnet" bir və ya bir neçə dövlətin ortaq yaratdığı ilk virusdur və hər kəs ondan öz məqsədi üçün istifadə edəcək.
"Stuxnetin" ikinci fərqləndirici xüsusiyyəti odur ki, virus konkret hədəfə yönəldilib.
Əlavə olunmalıdır ki, "Windows"dan istifadə edən istənilən kompyuterə müdaxilə edə bilər. Lakin o AES-lərin avadanlıqlarında istifadə edilən "WinJJ və PSJ7" proqramına rast gəlməyənə qədər heç bir təhlükə yaratmır.
AES-in kompyuter sisteminə nüfuz edən "Stuxnet" sentrofuqaların fırlanma sürətinə təsir edə və həm də öz fəaliyyətini gizlədə bilər. Bu sahə ilə məşğul olan bəzi analitiklər iddia edirlər ki, ABŞ kiberhücum silahlarını hazırlamaqda dünyada liderdir, lakin o, bunu etiraf etmir. İndi bir saat ərzində düşmənin infrastrukturunu iflic vəziyyətə sala bilən kibersilah hazırlayan başqa dövlətlər də mövcuddur.

{nl}


Elçin ABBASOV,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında